Azərbaycanlı deputat erməni rokçuya belə cavab verdi – FOTO


“System of a down” qrupunun vokalisti Serj Tankyan Qərbin Ermənistana hərbi yardım etməsi ilə bağlı müzakirələrə səbəb olan fikirlər bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə erməni əsilli amerikalı rokçu sosial şəbəkə hesabında paylaşım edib.
“Bəlkə, biz Rusiyanı Ermənistana hücum etməyə inandırmalıyıq ki, Qərb Azərbaycan və Türkiyə ilə döyüşmək üçün bizə silah və pul versin”, - Tankyan paylaşımında qeyd edib.
Xankəndinin millət vəkili, deputat Tural Gəncəliyev öz sosial şəbəkə hesabında erməni musiqiçinin paylaşımına cavab verib.
“Erməni diasporasının şüurunda dərin kök salmış dəhşətli daşnak ideologiyasının təzahürü. Şarl Mişelin dünənki səylərini dəstəkləmək yerinə, Ermənistan diasporası Cənubi Qafqazda müharibəyə və terrorun hökmranlığına çağırır”, - deputat bildirib.

DİGƏR XƏBƏRLƏR

Top