Zelenski Rusiyanın niyə nüvə silahı atmayacağını açıqlayıb


Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın nüvə silahından istifadə etməsinə inanmadığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə Hindistanın “Republic Media Network” telekanalına  müsahibəsində danışıb.
"Nüvə silahı da daxil olmaqla istənilən kütləvi qırğın silahından istifadə ona görə olmayacaq ki, kimsə Ukraynanı buna görə müdafiə edə bilər. Ukrayna bu səbəbdən NATO-ya qəbul oluna bilər və hansısa ölkə bizə təyyarə və ya tanklar verə bilər. Rusiya yalnız özünü daha üstün hiss edəndənüvə silahından istifadə edə bilər”, - deyə dövlət başçısı vurğulayıb.
Zelenskinin sözlərinə görə, Rusiya Federasiyasının bu mövqedə olduğunu söyləmək hələ tezdir. O, həmçinin əlavə edib ki, Rusiyanın nüvə silahından mümkün istifadəsi gücün itirilməsinə gətirib çıxaracaq:
“Onlar hər şeyi itirəcəklər. Ona görə də mən buna inanmıram”.
Qeyd edək ki, martın 22-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov amerikalı jurnalistlərə ölkənin milli təhlükəsizlik konsepsiyasını xatırladıb, hansı ki, bu konsepsiya dövlətin mövcudluğu təhlükəsi yaranarsa, nüvə silahından istifadəyə icazə verir.
İki gün sonra isə BMT-dəki rusiyalı diplomat  Rusiyanın  “NATO tərəfindən təxribata məruz qalacağı təqdirdə” kütləvi qırğın silahlarından istifadə etməyə hazır olduğunu artıq açıq şəkildə elan edib.

DİGƏR XƏBƏRLƏR

Top