ABŞ-ın Ukraynaya gönərdiyi silahların SİYAHISI


ABŞ Ukraynaya 12 mindən çox zirehli sistem, 1400 zenit sistemi və yüzlərlə kamikadze pilotsuz uçan aparat təhvil verib.
Yeniavaz.com
“CNN”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilib.
Vurğulanır ki, buraya Rusiya-Ukrayna müharibəsi başladığı ilk gündən - 24 fevraldan bəri edilən yardımlar daxildir.
ABŞ-ın Ukraynaya verdiyi silahların siyahısını təqdim edirik:
 
- 1400-dən çox “Stinger” təyyarə əleyhinə sistemlər
- 5000-dən çox “Javelin” zireh əleyhinə sistemlər
- 7000-dən çox digər zireh əleyhinə sistemlər
- Yüzlərlə “Switchblade” Taktik Pilotsuz Uçuş Sistemləri
- 50.000.000-dan çox patron
- 45.000 dəst bədən zirehi və dəbilqə
- Lazerlə idarə olunan raket sistemləri
- “Puma” Pilotsuz Hava Sistemləri
- Gecə görmə cihazları, termal görüntü sistemləri və optika
- Kommersiya peyk görüntüləri xidmətləri

DİGƏR XƏBƏRLƏR

Top