"Borodyankada vəziyyət Buçadakından dəhşətlidir"


“Borodyanka şəhərindəki dağıntılar, yaxınlıqdakı Buçada aşkar edilənlərdən daha dəhşətlidir”.
Yenivaz.com
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa sonuncu müraciətində deyib.
"Orada vəziyyət daha dəhşətlidir. Rus işğalçılarının qurbanları daha çoxdur", - deyə, prezident bildirib.
Ukrayna baş prokuroru İrina Venediktovanın sözlərinə görə, Kiyevin şimal-qərbindəki Borodyankada dağılmış iki yaşayış binasının dağıntıları altından 26 cəsəd çıxarılıb .
O Moskvanı qəsdən mülki əraziləri hədəfə almaqda ittiham edib və Borodyankada heç bir hərbi obyektin olmadığını bildirib:
“Rusiya qüvvələri evdə maksimum sayda insanın olduğu axşamlar yaşayış infrastrukturunu atəşə tutub".
Qeyd edək ki, daha əvvəl ruslardan azad edilən Buçadan dəhşətli kadrlar yayılmış və 320 dinc sakinin qətlə yetirildiyi bildirilmişdi.
Xatırladaq ki, hər iki şəhər Kiyevin ətrafında yerləşir və burada paytaxt uğrunda şiddətli döyüşlər gedirdi.

DİGƏR XƏBƏRLƏR

Top