
Kiyev danışıqlarda Moskva tərəfindən müsbət qarşılanan öz təkliflərindən uzaqlaşır və yeni təxribatlar təşkil edir.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyəni ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. “Biz Rusiya-Ukrayna danışıqlarının gedişi ilə bağlı qiymətləndirmələrimizi bölüşdük. Ukrayna tərəfinin ümumilikdə müsbət qarşılanan öz təkliflərindən geri çəkilməyə başladığı və yeni təxribatlar törətməyə başladığı bir müddət əvvəl ortaya çıxan faktlara diqqət çəkdik”.
Tətbiqimizi yükləyə bilərsiniz