Ağdabana səfərlə bağlı “Qaçqınkom” rəsmisindən açıqlama


“Bu gün 30 ildən sonra ilk dəfə doğma yurdumuza - Kəlbəcər rayonun Ağdaban kəndinə səfər etmişik. 30 il öncə aprelin 8-də ermənilər burda qətliam törətmişdi. Onlarla dinc sakini barbarlıqla qətlə yetiriblər. Üç nəfəri diri-diri yandırıblar”.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu kəndlərdən 1971 məcburi köçkün var:

“Onlar ölkənin müxtəlif yerlərində məskunlaşıblar. Bu gün onların bir qrupunun kəndə səfərini təşkil etdik. Gördük ki, ermənilər qəbirləri necə dağıdıblar. Bu kənd Azərbaycana dahi şəxsiyyətlər yetişdirib. Bu günü yaşadığımız üçün Prezident İlham Əliyevə təşəkkür edirik ki, bizə yaşatdı. Onun və ordumuzun sayəsində buralara gəlmişik. Bu cür səfərlər bir neçə dəfə təkrar olub və davam edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top