Ukraynaya silah tədarükü ilə bağlı Vatikandan açıqlama


Vatikanın dövlət katibi kardinal Pyetro Parolin Ukraynaya silah tədarükünün münaqişənin genişlənməsinə gətirib çıxaracağını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu fikri İtaliyanın Katolik agentliyi “Aci Stampa”ya müsahibəsində bildirib . Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Ukraynadakı münaqişənin gərginləşməsindən qaçmaq istəyir və buna görə də ona birbaşa heç kim müdaxilə etmir. “Lakin çoxları silah göndərir və bu, münaqişənin nəzarətsiz gərginləşməsinə səbəb ola bilər”, - deyə Parolin bildirib. 

 

DİGƏR XƏBƏRLƏR

Top