
İngiltərənin “Lester” futbol klubu Çempionlar Liqası turnirinin rekordunu müəyyənləşdirib. “Yeniavaz.az”ın xarici mətbuata istinadən verdiyi məlumata görə, belə ki, “Lester” turnirin qrup mərhələsinin ilk dörd oyununda qapısından qol buraxmayıb. “Tülkülər” G qrupunun dördüncü turunda səfərdə “Kopenhagen” klubu ilə qolsuz bərabərə qalıb. Bunadək isə “Lester” qol buraxmadan qələbələr qazanıb. Noyabrın 2-də FIFA “Lester”in baş məşqçisi Klaudio Ranyerini ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısına daxil edib.
Tətbiqimizi yükləyə bilərsiniz