Belarus Ukraynada xüsusi əməliyyat keçirib – Lukaşenko


Rəsmi Minsk respublika vətəndaşlarının azad edilməsi üçün Ukraynada xüsusi əməliyyat keçirib.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“İş o yerə çatıb ki, bu əclaflar bizim adamları, ilk növbədə, həmin vaxt ora gələn maşın sürücülərini ələ keçirməyə başladılar, yarım min vaqonumuzu həbs etdilər, maşınlarımızı, yüz nəfərə qədər insanı ələ keçirdilər. Mən ukraynalılara xəbərdarlıq etdim ki, bu insanları azad etmək üçün əməliyyat keçirməyə məcbur olacağıq. Biz belə bir xüsusi əməliyyat keçirdik və bütün insanları azad etdik”, - Lukaşenko deyib.
Belarus prezidenti əməliyyatın təfərrüatlarını açıqlamayıb. Lakin aidiyyəti şəxslərə bu əməliyyatda iştirak edənlərin hamısını dövlət mükafatları təqdim etməyi tapşırıb.

DİGƏR XƏBƏRLƏR

Top