Kremldən ABŞ-ın yeni sanksiyaları barədə açıqlama


“Rusiya ABŞ-ın ona və prezident Vladimir Putinə yaxın olanlara qarşı yeni sanksiyalarına mütləq cavab verəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya mütləq cavab verəcək və istədiyi kimi edəcək”, - Peskov Rusiyanın ABŞ-ın yeni sanksiyalarına, o cümlədən Rusiya prezidentinin qohumlarına qarşı sanksiyalarına cavab verib-verməyəcəyi sualını cavablandırarkən deyib.
Peskov qeyd edib ki, bu sanksiyalar özlüyündə “müxtəlif məhdudiyyətlərin tətbiqi üzrə quduz xəttin” davamıdır:
“Hər halda, ailə üzvlərinə bəzi məhdudiyyətlərin tətbiqi ilə bağlı davam edən xətt - bu, öz sözünü deyir. Belə addımlar, bu cür yanaşmalar hansısa qiymətləndirməyə ehtiyac duyur. Bunu başa düşmək və izah etmək çətindir, amma təəssüf ki, belə rəqiblərlə mübarizə aparmalıyıq”.
Qeyd edək ki, Ötən gün ABŞ prezidenti Co Bayden Rusiya iqtisadiyyatına yeni investisiyaların yatırılmasını, habelə Rusiya Federasiyasında şəxslərə bir sıra xidmətlərin göstərilməsini qadağan edən fərman imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top