
ABŞ və onun müttəfiqləri Ukraynaya hər bir rus tankı üçün 10 “Javelin” tank əleyhinə raket kompleksləri vermək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken NBC telekanalına müsahibəsində deyib .
Qeyd edək ki, Ağ Evin mətbuat xidməti ABŞ-ın Kiyevə 100 milyon dollara qədər əlavə hərbi yardım ayıracağını, bura tank əleyhinə sistemlərin də daxil olacağını açıqlamışdı.