Rusiyalı iş adamının milyonlarla dolları müsadirə edildi


ABŞ-da Baş prokuror Merrik Qarland rusiyalı iş adamı Konstantin Malofeyevlə əlaqəsi olan milyonlarla dolların müsadiər edildiyini açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Malofeyevin əlaltıları vasitəsilə ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalardan yayınmağa və bütün Avropada medianı gizli şəkildə əldə etmək və onlara nəzarət etmək üçün fəaliyyətini davam etdirməyə çalışdığı bildirilib. “Biz Malofeyevlə əlaqəli olduğu güman edilən ABŞ maliyyə institutunda milyonlarla dolların ələ keçirildiyini elan edirik. Biz sanksiyalardan yayınmağa çalışan bütün oliqarxlara qarşı tədbirlər görməyə davam edəcəyik, nə qədər mürəkkəb sxemlərdən istifadə etmələrindən asılı olmayaraq, onların aktivləri və fəaliyyətləri bloklayacaq”, - deyə o qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top