
NATO Rusiyanın Ukrayna ərazisi üzərində nəzarətin qurulması planlarına yenidən baxdığına dair heç bir əlamət görmür, ona görə də Alyans müdafiəsini gücləndirməli və uzunmüddətli sanksiyalar hazırlamalıdır.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verri ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Alyansın xarici işlər nazirlərinin toplantısına gələrkən deyib. "Alyans uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır. Müdafiəni gücləndirmək, Ukraynaya yardım göstərmək və uzunmüddətli sanksiyalar hazırlamaq lazımdır"-deyə Stoltenberq bildirib.