
Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü başa çatıb.
Yeniavaz.com xəbər verir ki, görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb. Görüş 4 saatdan artıq davam edib.
***06 aprel, 21:24
Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanla arasında görüş başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.