Nigeriyada məscidə hücum oldu, ölənlər var


Nigeriyanın cənub-şərqindəki Taraba əyalətində kənddə 50-yə yaxın silahlı şəxs məscidə hücum edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nigeriyanın “Daily Trust” qəzeti məlumat yayıb .
Bildirilib ki, hücum iftar zamanı baş verib. Yerli sakinlərdən birinin nəşrə verdiyi məlumata görə, terrorçular məscidə soxularaq 3 nəfəri öldürüblər. Bundan əlavə, hücumçular bir neçə kənd sakinini qaçırıblar.
 

DİGƏR XƏBƏRLƏR

Top