Jirinovskini o əvəz edəcək


Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski RLDP rəhbəri vəzifəsini icra edəcək.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı fraksiya rəhbərinin müavini Yaroslav Nilov təsdiqləyib.
“İclasda yekdilliklə deputatımız Leonid Eduardoviç Slutskini fraksiya rəhbərinin səlahiyyətlərini icra edən kimi təyin etmək qərarına gəldik”, - Nilov jurnalistlərə bildirib.
Qeyd edək ki, daha əvvəl Vladimir Jirinovski bu vəzifədə idi. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin palatanın plenar iclasında bildirib ki, Jirinovski ağır və uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top