
"Birləşmiş Millətlər Təşkilatı hazırda funksiyalarını təmin edə bilmir".
Yeniavaz.com "Haber Global"a istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Buçadakı hadisələrlə bağlı artıq Ukrayna BMT-yə müraciət edib:
“Biz BMT Təhlükəsizlik Şurasına Rusiyanın Buçada və ümumiyyətlə, işğal olunmuş Ukrayna ərazisində hərbi cinayətləri ilə bağlı xüsusi sessiyasının keçirilməsi üçün müraciət etmişik. BMT Təhlükəsizlik Şurası var, amma dünyanın təhlükəsizliyi yoxdur".
"Ümid edirəm ki, dünya bir nəticəyə gələcək. Çünki etməsə, dünyada dövlətlərin təhlükəsizliyini təmin etmək üçün yalnız bir çıxış yolu olacaq: silah", - deyə, o, bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz