“Putin qoşunlarımıza bölgəni tərk etməyi əmr etdi”


“Rusiya danışıqlarda vəziyyəti yaxşılaşdırmaq üçün Kiyev bölgəsindən qoşunlarını çıxarıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Peskov Fransanın “LCI” telekanalına müsahibəsində mövzu ilə bağlı sualı cavablandırarkən deyib.
“Danışıqlarda əlverişli şərait yaratmaq üçün biz xoşməramlı jest etmək istədik. Biz danışıqlar zamanı ciddi qərarlar qəbul edə bilərik, ona görə də prezident Putin qoşunlarımıza bölgəni (Kiyev vilayəti. - red.) tərk etməyi əmr etdi”, - Peskov bildirib.
O, Moskvanın danışıqlar yolu ilə hərbi əməliyyatı dayandırmaq istədiyini və Ukrayna prezidenti Volodimir Zelenskinin irəli sürülən şərtlərlə razılaşmasında maraqlı olduğunu vurğulayıb.
Xatırladaq ki, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fominin martın 29-da İstanbuldakı danışıqlardan sonra Rusiya tərəfinin Kiyev və Çerniqov istiqamətində hərbi fəaliyyəti kəskin şəkildə azaltmaq qərarına gəldiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top