Bağlanan "Lider TV" avadanlıqlarını bu kanala satdı – 840 min manata


İctimai Televizya və Radio Yayımları Şirkəti (İctimai TV) tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tenderin qalibi ləğv prosesində olan “Lider TV və Radio Azərbaycan” MMC (VÖEN-1400398891) olub.
Bildirilir ki, “İctimai TV” ləğv prosesində olan "Lider TV və Radio Azərbaycan" MMC-nin satış üçün nəzərdə tutulan əsas vəsaitlərin, aktivlərin və studiyasın 838 min 581 manata satın alıb.
Məlumat üçün bildirək ki, "Lider TV və Radio Azərbaycan" MMC 08.05.1997-ci ildə dövlət qeydiyyatına alınıb.  Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımı 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.
Qeyd edək ki, nizamnamə kapitalı 21 milyon 140 min manat olan "Lider TV və Radio Azərbaycan" MMC-nin hazırda dövlət büdcəsinə 56 min 127 manat 15 qəpik vergi borcu var.
Onu da bildirək ki, hazırda şirkətin qanuni təmsilçisi Abbasov Mikayıl Hümmət oğlu olsa da, daha əvvəl "Lider TV və Radio-Azərbaycan" MMC-yə Əliyev Ədalət Hüseyn oğlu rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top