Bu gün İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq


Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.
Yeniavaz.com
xəbər verir ki, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək.
Xatırladaq ki, Prezident İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Ermənistanın Baş naziri ilə Brüssel görüşünün məhsuldar keçəcəyinə ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında sonuncu təkbətək görüş ötən il dekabrın 15-də elə Brüssel şəhərində keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top