
Martın 3-də Ukraynanın Buça şəhərində Rusiyaya məxsus BMD (Rusiya istehsalı olan amfibiya tipli zirehli transportyor – red.) bir mülki şəxsə bir neçə dəfə atəş açıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Suspilne” dron görüntüləri dərc edib.
Bildirilib ki, Video “Azov” döyüşçülərinin hava kəşfiyyatı vasitəsilə 2022-ci il martın 3-də Buçada çəkilib.
Videoda bir küçədən digərinə dönən sakinə rus texnikasından atəş açılması əks olunub.
Sözügedən şəxsin dünyasını dəyişdiyi bildirilir.
Kadrları təqdim edirik:
Qeyd edək ki, Ukraynanın Buça şəhərində 320 mülki şəxsin rus əsgərləri tərəfindən öldürüldüyü bildirilir. Rusiya tərəfi isə səsləndirilən bütün fikirləri rədd edir və belə bir hadisənin yaşanmadığını iddia edir.