Əsgərin döyülməsi görüntüləri ilə bağlı AÇIQLAMA


Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Yeniavaz.com-a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
"Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir", - məlumatda qeyd olunub.

 

DİGƏR XƏBƏRLƏR

Top