Rusiyaya qarşı sanksiyalar uğursuzluğa düçar oldu - CNN


Qərbin Rusiyaya qarşı sanksiyaları Rusiyanın Ukraynadakı hücumuna təsir edə bilməyib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN tərəfindən yayımlanan məqalədə bildirilib. "Rusiya iqtisadiyyatına və oliqarxlara qarşı sanksiyalar uzunmüddətli perspektivdə zəiflədici təsir göstərə bilər. Lakin onlar çəkindirici vasitə kimi açıq şəkildə uğursuzluğa düçar oldular. Bütün zamanların ən sərt sanksiyaları Rusiya liderini dayandıra bilməyib”, - deyə bildirilib. Məqalədə həmçinin bildirilib ki, Avropa ölkələri Buça hadisələri fonunda yeni sanksiyaları müzakirə etməyə çalışsalar da, Qərbin Putini cəzalandırmaq üçün yolları tükənir.


 

DİGƏR XƏBƏRLƏR

Top