Ukrayna Prezidenti BMT-ni sərt tənqid etdi


“BMT Təhlükəsizlik Şurasının öhtəsinə götürdüyü təhlükəsizlik haradadır? O yoxdur”. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. 
“BMT-nin qurmalı olduğu sülh haradadır? Bu, mövcud deyil. Dünya onların (Rusiyanın) ölkəmizdə nə etdiklərini hələ görməyib. Coğrafiya fərqli ola bilər, amma cinayətlər eynidir”, - deyə Zelenski bildirib.
Zelenski həmçinin vurğulayıb ki, Rusiyanın əməlləri qlobal aclığa gətirib çıxaracaq. Bu böhran Afrikada, Asiyada aclığa səbəb olacaq və ölkələrin daxili siyasətində böhran əmələ gətirəcək.


 

DİGƏR XƏBƏRLƏR

Top