Zelenski Krım və Donbasın gələcək taleyi barədə danışdı


“Əsas məsələ suverenliyimizi itirməməkdir. Bu, çox vacibdir”.
Yeniavaz.com
“UNİAN”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-də ümum-Ukrayna telemarafonu zamanı jurnalistlərə müsahibəsində deyib.
“İkincisi, mən yüz minlərlə insanın həlak olmasını istəmirəm. Üçüncüsü: Krımın kiminsə ərazisi adlandırılmasına icazə verəcəyimizdən söhbət gedə bilməz. Bu, yalnız bizim Ukrayna ərazimizdir. Razıyam ki, orada (Ukrayna üçün təhlükəsizlik təminatı haqqında sazişdə - red.) bunun təxirə salınması məsələsi ola bilər. Bu, belə bir kompromis həll yolu ola bilər. Və mənim üçün Donbass Ukraynadır”, - deyə Zelenski bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top