Ruslar mülki geyimli şəxsləri öldürdüklərini etiraf edib – VİDEO


Rusiya Federasiyası mühasirəyə alınmış Mariupoldan humanitar dəhlizləri ilə çıxan onlarla mülki geyimli şəxsin öldürüldüyünü etiraf edib.
Yeniavaz.com
“UNİAN”a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Sayt yazır ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Mərkəzi Komandanlıq Qərargahının rəisi Mixail Mizintsev öldürülənləri “gizli ukraynalı hərbçilər” adlandırıb.
“Son iki gündə 150-200 nəfərlik yaraqlı dəstəsinin bir hissəsi humanitar dəhlizlərdən istifadə edərək mülki geyimdə şəhəri tərk edib. Onlar 10-15 nəfərlik səpələnmiş qruplarla ölkə yolları ilə Zaporojye istiqamətində hərəkət edirlər. Bu gecə onlardan 93-ü aradan qaldırılıb, qalanlarının yeri müəyyən edilib. Onların məhv edilməsi məsələsi qısa zamanın işidir”, - Mizintsev bildirib.

DİGƏR XƏBƏRLƏR

Top