Vətəndaş Nazirliyin qarşısında diz çökdü: "Ey ulu Amon..." - VİDEO


İkinci qrup əlil olduğunu iddia edən Taleh Bağırov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Amerikanın səsi" kadrlar yayıb.
Taleh Bağırov əlillik dərəcəsinin alındığını, pensiyasının kəsildiyini bildirib. Vətəndaş Nazirliyin önündə çıxış edərək nazir Sahil Babayevin onu qəbul etməsini istəyib:
“Cənab nazir, cənab nazir, xahiş edirəm, mənim müraciətlərimə səs ver. Sizə qurban olum. Mən diz çöküb Sahil Babayevə yalvarıram: ətəyində namaz qılım, cənab nazir. Sənə qurban olum, ey ulu Amon. Xahiş edirəm, səsimə səs ver”.
T. Bağırovun sözlərinə görə, o, küçələrdə yaşayır:
“6 aydır süründürməçiliyə məruz qalmışam, küçələrdə yaşayıram. İkinci qrup əlil idim, əlilliyimi kəsiblər. Dərmana bağlı yaşayan adamlarıq. Mən artıq hər şeydən bezmişəm. Bir seçimim var mənim, o da ölmək. Ən ideal seçimdir”.
Sözügedən kadrları təqdim edirik:

T.Bağırovun şikayəti ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sözçüsü Tural Qurbanov bildirib ki, onun əlillik müddəti  keçən ilin oktyabr ayında başa çatıb:
“Növbəti dəfə əlilliyinin qiymətləndirilməsi üçün 2021-ci ilin noyabr ayında Sumqayıt şəhər 4 nömrəli xəstəxana tərəfindən elektron sistemə göndəriş daxil edilib.
Qiymətləndirilmə zamanı müəyyən edilib ki, T.Bağırovun tibb müəsissələrində keçdiyi müayinə və aldığı müalicə kurslarının sayı yetərli deyil və müalicə kursları davam etməlidir. Həmçinin xəstəliyin ağırlaşmasını təsdiq edən köməkçi diaqnostik müayinənin nəticələri də qeyd edilməyib.
Belə olan halda əlilliyin qiymətləndirilməsi qanunvericiliyə uyğun olaraq mümkün olmur.
Bu səbəbdən T.Bağırova əlillik təyin edilməsindən imtina qərarı verilib.
Bununla belə nazirliyə müraciətinə əsasən o, əyani şəkildə müayinə olunması üçün tibbi-sosial ekspert komissiyasına göndərilib. Əyani müayinəyə gəldiyi zaman müayinənin nəticəsinə əsasən qərar veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top