"Kadırovun yaydığı döyüş kadrları saxtadır, səhnələşdirilir" – VİDEO


“Kadırovçu”ların (Çeçenistan rəhbəri Rmazan Kadırovun döyüşçü dəstələri) yayımladıqları videolardan Ukraynanın Mariupol şəhərinə nəzarəti imitasiya etdikləri ortaya çıxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “slidstvo.info” məlumat yayıb.
Bildirilib ki, jurnalistlər çeçenlərin videogörüntülərini araşdırıb və onların çəkildiyi yerləri tapıblar. Xüsusilə, Kadırovun Mariupolun tutulması ilə öyündüyü iddia edilən videolardan biri şəhərin kənarında - Rusiya sərhədinə daha yaxın olan Levoberejnı rayonunda lentə alınıb.
Qeyd olunur ki, “Kadırovçu”ların boş yaşayış binasına atəş açdığı video da həmin ərazidə lentə alınıb. Maraqlıdır ki, martın 24-də Kadırov Levoberejnının təmizlənməsinin başa çatdığını elan etsə də, bir neçə gün dalbadal oradan videolar yayımlayıb - həm martın 28-də, həm də 29-da.
Jurnalistlərin araşdırma videosunu təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top