Əkin sahələrini su basan bəzi fermerlərin zərəri qarşılanacaq


“Cənub rayonlarında, xüsusilə də Cəlilabadda əkin sahələri sel və subasmaya məruz qalan fermerlərə dəyən ziyanın bütün ziyanlar qarşılanacaq”.

Yeniavaz.com xəbər verir ki, bunu “report”a Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib.

F.Sadıqov əlavə edib ki, əkin sahələrinə ziyan dəymiş fermerlərin zərərləri bir halda qarşılanacaq:

“Əkin sahələrini sığorta etdirməyən fermerlərin zərərləri qarşılanmayacaq. Fermerlərə tövsiyə edirik ki, növbəti dəfə sahələrini mütləq qaydada sığortalasınlar. Yalnız bir halda fermerlərə dəyən ziyan qarşılanacaq ki, bu da, sığorta xidməti əldə etmiş bütün fermərlərə şamil edilir”.

DİGƏR XƏBƏRLƏR

Top