Ceyhun Bayramov Gürcüstanın XİN başçısı ilə telefonla danışdı


4 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yeni xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.

XİN-dən Yeniavaz.com-a verilən məlumata görə, Ceyhun Bayramov Gürcüstanın yeni Xarici İşlər nazirini təbrik edib və və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıb və gələcəkdə bu əlaqələrin daha da inkişafına dair əminlik ifafə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top