Oğuzdakı yanğın söndürüldü - YENİLƏNİB


Oğuz rayonunda meşə zolağında yanğın baş verib.

FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, saat 16:04 dəqiqədə Oğuz rayonunun Mollalı kəndi ərazisində meşə zolağında 0.5 ha sahədə quru ot və kol-kos yanıb.
Yanğın saat 18:48 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***19:21

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, dağətəyi ərazidə yanğın olması barədə məlumat daxil olub.

Yeniavaz.com FHN-in saytına istinadla xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təqribən 3 ha sahədə kol-kos və quru ot yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.


***18:30
Oğuz rayonunda bələdiyyə fonduna aid olan meşəlik ərazidə yanğın başlayıb.​

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, yanğın bu gün axşam saatlarında rayonun Xaçmaz, Calut və Sincan kəndi yaxınlığında, bələdiyyələrə aid olan meşəlik-kolluq ərazilərdə baş verib.​

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz və Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 10 texnika və​ xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi güclü külək səbəbindən çətinləşib.

Məlumata görə, yanğın hələ də davam edir.

DİGƏR XƏBƏRLƏR

Top