
“Aİ ölkələrinin səfirləri Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə etmək üçün aprelin 6-da görüşməyi planlaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, bəzi dövlətlərin təklif etdiyi sanksiya tədbirləri həm fərdi məhdudiyyətlərə, həm də Rusiya mallarının ixracına embarqoya təsir edə bilər.
Söhbət Rusiyadan kömür, neft və qaz idxalına qoyulan embarqodan, həmçinin Rusiya gəmilərinin Aİ limanlarında istifadəsinə qadağadan gedir.
Nəşr qeyd edir ki, enerji embarqosu əvvəllər bəzi iri Avropa iqtisadiyyatlarının müqaviməti ilə üzləşib. Eyni zamanda, indi Rusiyanın enerji ixracatına qarşı sanksiyaların tətbiqi çağırışları daha çox səslənir.
Tətbiqimizi yükləyə bilərsiniz