Etiraz edən qadınla bağlı rəsmi açıqlama



Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına gələrək ailəsinə ünvanlı sosial yardım tələb edən Salamova Samirə Rafiq qızının ailəsi əslində ardıcıl olaraq sosial ödənişlərlə təmin olunur.
Bu barədə Yeniavaz.com-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, həyat yoldaşı vəfat etmiş, 4 uşağı olan S. Salamova Masallı rayon sakinidir və hazırda Bakının Nəsimi rayonunda kirayədə yaşayır.
Onun ailəsinə ailə başçısını itirməyə görə müavinət (400 manat) və sağlamlıq imkanları məhdud bir uşağına görə müavinət (200 manat), təqaüd (80 manat) olmaqla ümumilikdə 680 manat aylıq ödəniş edilir.
Həmçinin S. Salamovanın ailəsinə əvvəllər ardıcıl olaraq sosial yardımlar verilib. Sonuncu dəfə isə keçən ilin mart ayında ünvanlı sosial yardım təyin edilib.
Ötən ay yardımın verilmə müddəti bitdiyi üçün o, növbəti dəfə yardım almaq üçün e-qaydada müraciət edib. Müraciətdən sonra onun ailəsinin maddi-məişət şəraitinin müayinəsi aparılıb.
Monitorinqin nəticəsinə əsasən S. Salamovanın ünvanlı yardım hüququnun olub-olmadığına dair qərar veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top