
Almaniya mediası Rusiya diplomatlarının deportasiya ediləcəyi xəbərini yayıb.
Yeniavaz.com xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Avropa ölkələrindən Moskva əleyhinə addımlar gəlir.
Almaniyanın "Bild" qəzeti Berlin administrasiyasının ölkədəki rus diplomatların ölkədən çıxarılmasını gündəmə gətirdiyini yazıb.
Nəşr Almaniya kansleri Olaf Şolzun ölkədəki diplomatları deportasiya etməyi düşündüyünü bildirib.
Rusiya ilə Ukrayna arasında 24 fevraldan bəri davam edən müharibədə hər dəfə Ukraynanı dəstəklədiyini bildirən Şolza yaxın mənbələr, Almaniyadakı 100-ə yaxın rus diplomatın deportasiya edilməsinin gündəmdə olduğunu çatdırıb.
Diplomatlardan bir çoxunun cəsus olduğu iddia edilərkən, rəsmi Berlinin dəqiq qərarını bu həftə verəcəyi qeyd olunub. Qəzet Almaniyada 2000-dən çox rus cəsusunun olduğunu iddia edib.
İngilis kəşfiyyatının keçmiş rəhbəri Con Sauer də xəbərlə əlaqəli açıqlama verib.
“Avropada rus kəşfiyyatının aqressiv hərəkətlərini görürük. Biz böyük ehtimalla elədiklərinin sadəcə 10 faizini görürük", - deyə bildirib.
Rus cəsuslarının niyyətinin isə siyasətçilər, şirkət sahibləri və Rusiyanı tənqid edənlər haqqında məlumat toplamaq olduğu bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz