Türkiyədə inflyasiya son 20 ilin rekordunu qırıb


Bu ilin mart ayında Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,14% bahalanıb.
Yeniavaz.com
Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, bu son 20 ildə qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 2002-ci ilin mart ayında bundan yüksək (65,1%) olub. 
Ən yüksək bahalanma nəqliyyat xidmətlərində qeydə alınıb – 99,12%. 
Bundan başqa ötən ilin mart ayı ilə müqayisdə qida və içkilər 70,33%, ev əşyaları 69,26%, restoran və otellərdə xidmətlər 60,4% bahalanıb. 
Ən az artım rabitə xidmətlərində qeydı alınıb. Rabitə tarifləri son bir ildə 15,08% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 10-luğunda yer alır.

DİGƏR XƏBƏRLƏR

Top