Emil Topçiyevin direktor olduğu 2 şirkət birləşir


“Xəzər Qolden Biç” MMC-nin (VÖEN- 1200012961) fəaliyyətinə xitam verilərək “Mərdəkan Sahil Evləri” MMC-yə (VÖEN-1405690291) qoşulduğu  elan edilib.
Yeniavaz.com
xəbər verir ki, “Mərdəkan Sahil Evləri” MMC bu şirkətin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini açıqlayıb.
“Xəzər Qolden Biç” MMC 09.03.2004-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Xəzər rayonu, Mərdəkan ŞTQ, Sahil Çimərliyində yerləşən MMC-nin nizamnamə kapitalı 710 min  manat təşkil edir. Şirkətin direktoru Topçiyev Emil Namik oğludur. 
“Mərdəkan Sahil Evləri” MMC isə 30.09.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Neftçilər pr., ev 153-də yerləşən MMC-nin nizamnamə kapitalı 1 milyon 626 min manat təşkil edir. Şirkətin direktoru Topçiyev Emil Namik oğludur.
Məlumat üçün onu da bildirək ki, ölkənin ən böyük şirkətlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda (Neftçilər prospekti ev 153) yerləşən “Mərdəkan Sahil Evləri” MMC –nin qanuni təmsilçisi Emil Topçiyev eyni zamanda “YARAT Müasir İncəsənət Məkanı” İctimai Birliyinin direktorudur. 
Emil Topçiyev ötən ilin oktyabr ayında “Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə” Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top