“Azərbaycanda rus dili və mədəniyyəti dövlət səviyyəsində dəstəklənir”


“Dərin tarixi köklərlə, mənəvi və mədəni yaxınlıqla bağlı olan xalqlarımız arasında dostluğun, mehriban qonşuluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində mədəni-humanitar münasibətlərin rolunu xüsusi qeyd etmək istərdim”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Azərbaycan-Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə göndərdiyi məktubda bildirilib.
“Mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, Azərbaycanda rus dilinin və rus mədəniyyətinin dövlət səviyyəsində hərtərəfli dəstəklənməsi, Azərbaycanın məktəblərində və ali təhsil müəssisələrində rus dilində təhsil bizim tərəfdaşlığımızın humanitar gündəliyinə verdiyimiz əhəmiyyəti əyani şəkildə təsdiq edir”, - məktubda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top