İSAY İB plastik qablaşdırmanın fəsadları barədə tədbir keçirib


İsmayıllı rayonunda “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji  fəsadları” adlı maarifləndirici tədbir keçirilib.
Yeniavaz.com
xəbər verir ki, aprelin 2-də İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji fəsadları” adlı layihənin İsmayıllı rayonunda növbəti maarifləndirici tədbirini keçirib.
Tədbir çərçivəsində 25-ə yaxın İsmayıllı sakini, müxtəlif  peşələrdə çalışan insanlar və gənclər ilə “İsmayıllı rayon Heydər Əliyev Mərkəzində” görüş keçirilib. Tədbiri layihənin rəhbəri  İSAY İB nin sədri Eyyub Kərimli açaraq iştirakçıları salamalayıb və layihə haqqında geniş məlumat təqdim edib. Layihənin aktuallığı, məqsədləri və vəzifələri iştirakşıların diqqətinə çatdırılıb. Dövlətimizin bu məsələdə həyata keçirdiyi siyasət, insanların sağlamlığı və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər haqqında müfəssəl məllumatlar iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə İsmayıllı RİH-nin İctimai-siyasi və humanitar məsəslələr şöbəsinin müdür müavini Nəsimi Teymurov layihə haqqında öz fikirlərini bölüşərək maraqlı təkliflərlə çıxış edib. Bu sahədə rayonda görülən işlər haqqında ətraflı məlumat verib. Sonra layihə çərçivəsində hazırlanan “Plastik və polietilen qablaşdırmalara yox deyək” adlı sosial çarx nümayiş etdirilib. Bu çarx, iştirakçıların çox böyük  marağına səbəb olub. 
Tədbirdə qida təhlükəsizliyi üzrə beynəlxalq dərəcəli ekspert Cavid Qurbanzadə plastik və polietilen qabların ekoloji və sağlamlıq zərərləri, bu məhsulların istifadə qaydaları, xsüsiyyətləri, keyfiyyətləri, həmin məhsulların utilizasiya və məhv edilməsi prosesləri haqqında geniş məlumat əks etdirən prezentasiya edib. İştirakçıları maraqlandıran suallara cavab verilib. Layihənin təsirlərini və əhatəliliyini  təmin etmək üçün iştirakçılara maarifləndirici bukletlər, kağız çantalar, birdəfəlik kağız stəkanlar, blaknot və qələmlər paylanılıb.


DİGƏR XƏBƏRLƏR

Top