Zelenski "Grammy"də çıxış etdi – VİDEO


Ötən gecə Ukrayna prezidenti Volodimir Zelenski “Grammy” musiqi mukafatlandırma mərasiminin iştirakçılarına videomüraciətlə çıxış edib.
Yeniavaz.com
xəbər verir ki, o, videomüraciətdə çıxışını ingilis dilində səsləndirib.
“Musiqi ilə ən güclü təzad nədir? Dağıdılmış şəhərlərin və öldürülən insanların səssizliyi. Səssizliyi musiqinizlə doldurun. Hekayəmizi danışmaq üçün bu gün edin. Bacardığınız qədər bizə dəstək olun. İstənilən şəkildə, amma sükutla deyil. Ukraynalı musiqiçilər smokinq əvəzinə bədən zirehi geyinirlər. Xəstəxanalarda yaralılar üçün, hətta onları eşitməyənlər üçün də mahnı oxuyurlar. Amma musiqi yenə də keçəcək və eşidiləcək”, - Zelenski bildirib.

DİGƏR XƏBƏRLƏR

Top