Ruslar Ukraynanın bu vilayətini tərk edir


Vilayətin hərbi administrasiyasının rəhbəri Dmitri Jivitski Rusiya qoşunlarının Sumı ərazisindən fəal şəkildə çıxarılması barədə məlumat verib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə axşam yayımladığı videomüraciətdə bildirib.
"Sumı vilayətindən şad xəbərimiz var. Dünəndən etibarən Rusiya qoşunları bölgəmizdən fəal şəkildə çıxarılır. Son günlər biz rus qoşunlarının Belopolyedən Konotopun özünə qədər cəmləşməsini müşahidə etdik. .Onlar bölgə ərazilərində, icmalarda terrorla məşğul olublar, dinc əhaliyə atəş açıblar, meşələri, evləri, küçələri tanklardan, qumbaraatanlardan atəşə tutublar”, - Jivitski deyib.
Onun sözlərinə görə, bölgənin tam azad edilməsindən danışmaq hələ tezdir, çünki təmizləmə davam edir, lakin düşmənin texnikası ərazini tərk edib.

DİGƏR XƏBƏRLƏR

Top