
Mingəçevir şəhərində dəm qazından müxtəlif ünvanlarda kütləvi zəhərlənmə halları baş verib.
Yeniavaz.com xəbər verir ki, bu gün Mingəçevirdə 14 nəfər dəm qazından zəhərləndiyi üçün xəstəxanaya gətirilib. Onlardan 5-i 12 yaşa qədər olan uşaqlardır, bir nəfəri isə dializ xəstəsidir. Bu barədə Mingəçevir şəhər Təcili yardım stansiyasının baş həkimi Allahverdi Alıyev məlumat verib.
“Zəhərlənmələrin çoxu vanna otağında, bir neçəsi isə mətbəxdə olarkən baş verib. Xəstələrə tibbi yardım göstərilib, ağırlaşma və ölüm halı baş verməyib. Hal-hazırda onların vəziyyəti qənaətbəxşdir”, - deyə, o bildirib.
Esmira Hidayətova, Mingəçevir