Kreml Putin və Zelenskinin görüşünün şərtini açıqladı


“Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə yalnız iki ölkə arasında konkret yazılı sənəd hazırlandıqdan sonra görüşə bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının efirində səsləndirib.
"Xeyr, Putin heç vaxt Zelenski ilə mümkün görüşdən imtina etməyib. Putin belə görüşdən heç vaxt imtina etməyib və belə bir görüş, bəli, hipotetik olaraq mümkündür", - Kreml sözçüsü bildirib.
"Amma bunun (prezidentlərin görüşü) baş tutması üçün iki nümayəndə heyətinin işinin dərinliklərində konkret sənədin yetişməsi lazımdır. İdeyalar toplusu deyil, konkret yazılı sənəd. Sonra belə bir görüşün növbəsi gələcək”, - Peskov vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top