Kanadadan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlama


“Kanada hökuməti Xocalı qətliamını dəhşətli faciə kimi tanıyır və həyatını itirən qurbanları və davam edən iztirabları böyük hüznlə yad edir. Kanada Xocalı qətliamı kimi faciəli mülki insan itkisinin heç vaxt təkrarlanmamasını qətiyyətlə müdafiə edir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Kanda xarici işlər naziri Melanie Colinin Parlament katibi Robert Olifant “Network of Azerbaijani Canadians”ın (Azərbaycanlı Kanadalılar Şəbəkəsi (NAC)) təşkilatçılığı ilə Kanadada yaşayan azərbaycanlıların Kanada Xarici Nazirliyinə ünvanladığı petisiyaya cavabında bildirib.
“Kanada BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair bütün qətnamələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır. Kanada sərhədlərin demarkasiyası və delimitasiyasının ikitərəfli mexanizmlərinin yaradılması, həmçinin Ermənistan və Azərbaycan arasında regional  əlaqələrin bərpası kimi mühüm etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üzrə liderlər səviyyəsində dialoqun davam etdirilməsini təşviq edir. Kanada bu hadisələri alqışlayır və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun bu sahədə gördüyü işlərə güclü dəstək verməkdə davam edir. Kanada bu regional münaqişənin davamlı siyasi həllinin tapılması istiqamətində davamlı irəliləyişi təşviq edir.
Kanada regiona sülh və sabitliyin gətirilməsi istiqamətində təşəbbüsləri dəstəkləməyə davam edəcək və bu səylərə töhfə verməyə hazırdır”, - deyə, Kanada XİN-in yaydığı bəyanatda deyilir.
Qeyd edək ki, Kanadada yaşayan azərbaycanlılar Kanada hökumətinə aşağıdakı çağırışlarla müraciət edib:
1. 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş Xocalı Soyqırımı insanlığa qarşı cinayət kimi rəsmən pislənsin;
2. 26 fevral Xocalı Soyqırımı qurbanlarının Ümumxalq Anma Günü elan edilsin; və
3. Kanada hökuməti regionda davamlı sülhü dəstəkləmək məqsədi ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması, sərhədlərin demarkasiyası və delimitasiyası üçün Azərbaycan və Ermənistan hökumətləri ilə çalışsın.

DİGƏR XƏBƏRLƏR

Top