"Rus hərbçilər kütləvi şəkildə istefa ərizələri yazır"


Rusiya hərbçiləri kütləvi şəkildə istefa məktubları yazır və Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirakdan imtina edirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı  aprelin 3-də yaydığı əməliyyat məlumatında bildirib.
“Mövcud məlumata görə, düşmən şəxsi heyətinin mənəvi-psixoloji durumu və motivasiya səviyyəsi son dərəcə aşağı olaraq qalır.
Qərb Hərbi Dairəsinin 20-ci birləşmiş ordusunun 3-cü motoatıcı diviziyasının müxtəlif səviyyəli komandirləri döyüş əməliyyatlarında iştirakdan imtina edirlər.
Bundan başqa, hərbi qulluqçular kütləvi şəkildə istefa ərizələri yazır. Cənub Hərbi Dairəsinin 58-ci birləşmiş silahlı ordusundan olan 4-cü hərbi bazanın 2-ci taborunun taktiki qruplarının şəxsi heyəti Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirakdan imtina edib. Onların daimi dislokasiya məntəqələrinə qaytarılması planlaşdırılır”, - deyə, Baş Qərargahın məlumatında bildirilir.
Həmçinin qeyd olunur ki, şəxsi heyətin itkisini ödəmək üçün Rusiya rəhbərliyi mülki əhali arasında silahlı qüvvələrə qoşulmaq üçün təbliğat aparır:
“Bu cür tədbirlər həm Rusiya Federasiyasının ərazisində, həm də müvəqqəti olaraq işğal olunmuş Donetsk, Luqansk vilayətləri və Krım ərazilərində keçirilir”.

DİGƏR XƏBƏRLƏR

Top