"Ruslar Ukraynanın cənubunu ələ keçirmək istəyir"


“Rusiya işğalçı qüvvələri indi bütün Donbas və Ukraynanın cənubunu ələ keçirmək istəyir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. O bildirib ki, Ukrayna ordusu əraziləri döyüşərək geri qaytarır:
“Müdafiəçilərimiz Kiyev və Çerniqov vilayətlərindəki icmalara nəzarəti bərpa etməkdə davam edir. Müvəqqəti olaraq işğal olunmuş ərazilərdə Ukraynanın dövlət bayraqları getdikcə artır. Ukrayna silahlı qüvvələri işğalçıları döyüşsüz buraxmır, onlara zərbələr endirir.
Biz şərq istiqamətində və Donbasda müdafiəni gücləndiririk. Düşmənin dövlətin şərqində təzyiqi artırmaq üçün ehtiyatlarının olduğunu bilirik. Rusiya qoşunlarının məqsədi nədir? Onlar həm Donbası, həm də Ukraynanın cənubunu ələ keçirmək istəyirlər. Məqsədimiz nədir? Bizi – azadlığımızı, torpağımızı, xalqımızı qorumaq. Qorumaq üçün hər şeyi edin”.
Prezident qeyd edib ki, Ukrayna ordusu artıq Kiyev vilayətini tam azad edib, Çerniqov vilayətində təmizləmə işləri aparılır:
“Paytaxta hücum uğursuz olduğu üçün Rusiya şərq istiqamətində hücuma keçmək üçün qoşunlarını yenidən qruplaşdırır”.

DİGƏR XƏBƏRLƏR

Top