Baş prokurorun birinci müavini partlayış olan əraziyə gəldi


Bakıda partlayışın baş verdiyi əraziyə baş prokurorun birinci müavini Elçin Məmmədov gəlib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "report"un hadisə yerində olan əməkdaşı xəbər verir.

Qeyd edək ki, hadisə Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda qeydə alınıb. İlkin məlumata görə, partlayış zamanı 1 nəfər ölüb, daha 24 nəfər xəsarət alıb.

Partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım briqadaları cəlb edilib.

DİGƏR XƏBƏRLƏR

Top