Bakıda güclü partlayış: Ölən və yaralananlar var - VİDEO + YENİLƏNİB

TTTYX-nin yaydığı ilkin məlumata görə, indiyə qədər 7 yaralı 1 Saylı Şəhər Xəstəxanasına, 25 yaralı isə Yanıq mərkəzinə yerləşdirilib. 
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə zamanı ölən bir nəfərin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoya Birliyinə təhvil verilib. Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda şəhər icra başçısı Eldar Əzizov hadisə yerinə gedib. Bundan başqa icra hakimiyyəti aparatının xidmət rəisləri və digər məsul şəxslər də hadisə yerinə gedib. Partlayış baş vermiş əraziyə FHN-nin xüsusi təlim görmüş itləri cəlb edilib. Dağıntılar arasında qalanların olduğu ehtimal edilir.
***05:10
Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda güclü partlayış baş verib, ölən və yaralananlar var

Yeniavaz.com xəbər verir ki, partlayış barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev bildirib. Baş direktor bildirib ki, hadisə propan qaz balonunun partlaması səbəbindən baş verib. Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb.
FHN də Bakı şəhərinin mərkəzindəki gecə klubundakı partlayışla bağlı məlumat yayıb.
Məlumatda deyilir:
“3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal ərziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyi və obyekt daxilində uçqun baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb.

Hazırda obyekt daxilində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və xəsarət alanlar var”.

 

DİGƏR XƏBƏRLƏR

Top