“Ukraynada baş verənlərin mənfi nəticələrini hiss edirik”


Türkiyə dünya ticarət balansını pozduğu üçün Ukraynadakı vəziyyətin mənfi təsirlərini hiss edir. 
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezident Türkiyənin Ukraynadakı mövcud vəziyyəti həll etmək üçün böyük səylər göstərdiyini qeyd edib  və bildirib ki, Türkiyə həm Ukrayna, həm də Rusiya ilə sıx siyasi, iqtisadi və tarixi əlaqələrə malikdir. “Ukraynada baş verənlərin mənfi nəticələrini hiss edirik, çünki bu, dünya ticarətinin balansını pozur”-deyə o vurğulayıb.
Ərdoğan çıxışı zamanı Türkiyənin 2023-cü ildən etibarən özü üçün tamamilə fərqli bir dövrə girəcəyinə ümid etdiyini bildirib. 
 

DİGƏR XƏBƏRLƏR

Top