Göyçayda ev yandı, xəsarət alan var


Göyçay rayonunun Mirzəhüseynli kəndində ümumi sahəsi 130 m² olan kürsülü, iki aynabənddən ibarət birmərtəbəli evin yanar konstruksiyaları 114 m² sahədə yanıb.

Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyindən məlumata verilib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

DİGƏR XƏBƏRLƏR

Top