Almaniyada bir nəfərə 87 dəfə koronavirus peyvəndi vuruldu - SƏBƏB


Almaniya vətəndaşı sertifikatlarla bağlı planlarını həyata keçirmək üçün 87 dəfə koronavirusa qarşı peyvənd olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “t-online” xəbər portalı məlumat yayıb. Bildirilib ki, adam sertifikatları satmaq üçün belə bir addım atıb. 2021-ci ilin iyul ayından bu şəxs koronavirusa qarşı peyvənd olmaq üçün bir neçə gün müxtəlif peyvənd mərkəzlərinə gedib. Hüquq-mühafizə orqanları ilk dəfə Drezdendəki peyvənd mərkəzində 61 yaşlı həmin şəxsdən şübhələniblər. Bundan sonra Alman Qırmızı Xaç Cəmiyyəti digər peyvənd mərkəzlərini iddia edilən fırıldaqçı barədə xəbərdar edib. BƏhs edilən şəxs hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. İlkin məlumata görə, 61 yaşlı kişi hər dəfə peyvənd olunmaq üçün yeni saxta sənədlərlə gəlib. Hazırda polis faktla bağlı araşdırmalara başlayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top